2023-cü il dekabrın 21-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Bu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb.
Bildirilib ki, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışında məhkəmə-hüquq sahəsində aparılan islahatlar və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər barədə məlumat verib, qarşıda duran vəzifələri diqqətə çatdırıb.
İclasda məhkəmə fəaliyyətinin ayrı-ayrı istiqamətləri ilə bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.
Bundan başqa, iclasda hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məsələlərinə və intizam icraatı üzrə işlərə baxılıb.
Eyni zamanda, təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində öz fəaliyyətləri ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verdiklərinə görə “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)” yubiley medalı, fəxri fərman və fəxri döş nişanı ilə təltif ediliblər.
Rəylər