Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, xəstəxananın direktor vəzifəsi Ülfət Qurbanova həvalə olunub.
Qeyd edək ki, Ülfət Qurbanov 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb.
O, 2001-ci ildə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında internatura təhsili alıb. 2002-ci ildən sözügedən tibb müəssisəsində həkim-anestezioloq-reanimatoloq, 2022-ci ildən isə direktorun müavini, baş həkim vəzifələrində çalışıb.
Rəylər