"Neftçalada DOST Agentliyinin işini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yoxlasın".
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
"Mən dünən rayonda seçicilərlə görüş keçirdim. Orada konkret şikayətlər olduğu üçün deyirəm. Rayonda DOST Agentliyinin fəaliyyəti yoxlanılsın, məsələyə konkret müdaxilə olunsun", - S.Rüstəmxanlı bildirib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, məsələ mütləq araşdırılacaq:
"Sadəcə, məlumat üçün bildirim ki, Neftçalada DOST Agentliyi yoxdur. Bu, yəqin haqqı ödənilən işlərlə bağlıdır. Bu işlərin icra mexanizmini də yerli icra hakimiyyət orqanı ilə birgə araşdırarıq".