Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə bu gün axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mitsubishi" və "Fiat" markalı avtomobillər toqquşub.
Nəticədə, "Fiat" markalı avtomobilin sürücüsü Vüqar Hüseyn oğlu Hacıyev xəsarət alıb.
Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, xəsarət alan Vüqar Hacıyev Oğuz Rayon Təcili Tibbi Yardım Şöbəsində çalışır. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Rəylər