Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Paytaxtda prospektlə küçənin kəsişməsində nəqliyyatın ləngiməsinin qarşısı alındı
Bakı yollarında nəqliyyat vasitələri ilə bağlı yaranan qəza şəraiti və ləngimənin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə əməkdaşlar tərəfindən Binəqədi rayonu, Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində olan işıqforun iş rejimi dəyişdirilib. Yəni Cəfər Xəndan küçəsindən düzünə və sola hərəkət edən nəqliyyat vasitələri üçün işıqforun təkrarlayıcısında yaşıl işığın müddəti 10 saniyə artırılıb.
Bununla da Cəfər Xəndan küçəsindən kəsişməyə daxil olan sürücülərin burada əlavə vaxt itirməsinin qarşısı alınıb. Edilən dəyişiklik müsbət nəticə verib və nəqliyyat vasitələrinin sərbəst hərəkəti təmin olunub.
"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM)" teqi üzrə xəbərlər
- Bakıda işıqforun qırmızı işığından keçən motosiklet qəzaya səbəb oldu - ANBAAN VİDEO
- Bakıda ara məsafəsini gözləməyən sürücülərin törətdiyi qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Bakının hansı küçələrində sıxlıq var? - 16.11.2024
- Bakının hansı küçələrində sıxlıq var? - 06.11.2024
- Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edildi