Bakıda qanunsuz tikintinin qarşısı alınıb.
OxuAz xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq zamanı Hüseynbala Əliyev küçəsindəki obyektin sahəsinin razılaşdırılmadan genişləndirilməsi faktı aşkar edilib.
Nəticədə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən tikinti işlərinin dayandırılması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə icra hakimiyyəti orqanlarına məlumat verilib.
Rəylər