Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin SAYI AÇIQLANIB
"2024-2025-ci tədris ilində 7 541 şagird peşə təmayüllü siniflərdə təhsil alır".
Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov qurumun birillik fəaliyyətinə dair "Hesabat Brifinqi"ndə qeyd edib.
O bildirib ki, peşə təmayüllü siniflərin təşkili layihəsinin məqsədi ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsidir:
"Bu yolla şagirdlər orta təhsil pilləsində əmək bazarına hazırlaşırlar. Bu hədəfə nail olunması üçün "Peşə təmayüllü siniflərin təşkili" layihəsi həyata keçirilir. Layihənin əsas hədəflərindən biri əmək bazarına uyğun kadrların yetişdirilməsidir. 2024-2025-ci tədris ilindən etibarən 15 ixtisas üzrə 7 541 şagird peşə təmayüllü siniflərdə təhsil alır. Peşə təmayüllü siniflərdə indiyədək 4 profil üzrə 12 peşə ixtisası tədris olunub. Yeni tədris ilindən əlavə olaraq 4 peşə ixtisasının pilot qaydada tədrisi aparılır".
Aygün Mirakif
"Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA)" teqi üzrə xəbərlər
- Məktəbəhazırlıq qruplarının və birinci siniflərin yerdəyişmə prosesinə start verilir
- Bu gündən şagirdlərin elektron yerdəyişməsi BAŞLADI
- Məktəblərlə bağlı İDDİA: Dərnəkləri sertifikasiyadan kəsilən müəllimlərə tapşırırlar?
- Təhsil müəssisələrinin zəruri odun və istiliklə təchiz olunacağı vaxt AÇIQLANDI
- Məktəblərin jurnallarla təmin olunması işləri yekunlaşacaq - RƏSMİ
Rəylər