Zəfər yolu qardan təmizlənir.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, yolun buz bağlamış hissələrinə qum-duz qarışığı səpilir, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu ilkin hesablamalara əsasən, 101,5 km təşkil edir. Avtomobil yolunun təməli noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı qoyulub.
Həmin görüntüləri təqdim edirik:
Rəylər