Qazaxda zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilən tələbələr ambulator müalicəsini davam etdirmək üçün evlərinə buraxılıblar.
Bu bərədə Bizim.media-nın yerli bürosuna Qazax Rayon Mərkəzi Xəstəxanasının həkimi Nəzrin Əliyeva məlumat verib.
Onun sözlərinə görə, 18 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxananın təcili-tibbi yardım bölməsinə daxil olub. Xəstələr həkim müayinəsindən keçirildikdən sonra onlara ilkin zəruri tibbi yardım göstərilib.
Xəstələrin vəziyyəti stabilləşdiyindən 16 nəfər ambulator müalicə üçün evə buraxılıb. İki nəfər müşahidə üçün TTY bölməsində saxlanılıb, sonradan həmin iki nəfər də vəziyyətləri stabilləşdirilmiş şəkildə ambulator müalicə üçün evə buraxılıb.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə rayon prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə bufetdəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Bufetin fəaliyyəti isə məhdudlaşdırılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək.
Qazaxda 18 tələbə dönərdən zəhərlənib. Hadisə dünən Bakı Dövlət Universitetinin Qazax filialının bufetində baş verib. Belə ki, dönər yeyən 18 tələbənin halı pisləşib və xəstəxanaya yerləşdiriliblər.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.media-ya zəhərlənən tələbələrin vəziyyəti açıqlanıb:
"10.10.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər (7 kişi, 11 qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə müraciət edib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 16 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 2 nəfərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir".
Oktyabrın 10-u saat 19 radələrində Qazax şəhəri ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının yeməkxanasında 18 nəfər tələbənin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanadakı qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş 18 tələbə ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb.
"Qazaxda 18 tələbənin dönərdən zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilib.
"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək", - deyə məlumatda vurğulanır.
Əzizə İsmayılova
Qazaxda 18 tələbə zəhərlənib.
Oxu.Az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının tələbələrinin bufetdə dönərdən zəhərləndiyi qeyd olunub.
Zəhərləndiyi bildirilən tələbələr bunlardır:
Sabirabad rayon sakini, 2003-cü il təvəllüdlü Ö.Rüstəmov,
Tovuz rayon sakinləri - 2007-ci il təvəllüdlü F.Rzayeva və 2001-ci il təvəllüdlü İ.Niyazova,
Gəncə şəhər sakini, 2007-ci il təvəllüdlü F.Süleymanova,
Yevlax rayon sakini, 2005-ci il təvəllüdlü F.Nəsibova,
Ağstafa rayon sakinləri - 2000-ci il təvəllüdlü Ş.Məmmədova, 2005-ci il təvəllüdlü N.Hacıyev,
Daşkəsən rayon sakini, 2005-ci il təvəllüdlü C.İsrafilov,
Mingəçevir şəhər sakini, 2007-ci il təvəllüdlü S.Əliyeva,
Şəmkir rayon sakini, 2004-cü il təvəllüdlü N.Əmirova,
Beyləqan rayon sakini, 2004-cü il təvəllüdlü R.Mədətov,
Ağcabədi rayon sakini, 2005-ci il təvəllüdlü M.Qasımova,
Şamaxı rayon sakini, 2003-cü il təvəllüdlü N.Məlikov,
Qazax şəhər sakini, 2006-cı il təvəllüdlü R.Məmmədli,
Gədəbəy rayon sakini, 2005-ci il təvəllüdlü G.Bağırova,
Kəlbəcər rayon sakini, 2005-ci il təvəllüdlü M.Şahbazov,
Goranboy rayon sakinləri, 2004-cü il təvəllüdlü O.Cəfərov və 2005-ci il təvəllüdlü A.İsgəndərova.
Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Samir İsayev
Rəylər