Sel Quba-Xınalıq yolunda 20 illik avtomobil körpüsünü uçurub.
Ümumi uzunluğu 57 kilometr olan yolun 42-ci kilometrliyində yararsız vəziyyətdə olan bu körpü sakinlərin gediş-gəlişi üçün ciddi problem yaradır.
Sakinlər bildiriblər ki, körpü uçduğuna görə alternativ yol kimi çay yatağından istifadə edirlər. Bu isə onlar üçün təhlükə yaradır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, körpünün yenidən inşası üçün layihələndirmə işləri aparılır.
Daha ətraflı "Xəzər xəbər"in süjetində:
Sel Quba-Xınalıq yolunda 20 illik avtomobil körpüsünü uçurub.
Rəylər