Quba rayonunun Digah kəndi yaxınlığında süni göldə yeniyetmə batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, batan 12 yaşlı oğlanın meyiti göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib:
"İyun ayının 3-də Quba rayonunun Digah kəndi yaxınlığında süni göldə batan 2012-ci təvəllüdlü Yusif Elşad oğlu Ələsgərovun cəsədi FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib".