"Sevinirik ki, bu gün atamıza qovuşduq".
Oxu.Az xəbər verir ki, bu sözləri Birinci Qarabağ müharibəsində itkin düşmüş, şəxsiyyəti 30 il sonra müəyyənləşdirilmiş şəhid Əliyar Ədalət oğlu Ələkbərovun vida mərasimi zamanı jurnalistlərə açıqlamasında qızı Sara Səfərova deyib.
O, qarışıq hisslər yaşadığını qeyd edib:
"30 il idi ki, gözümüz yolda qalmışdı. Atamızdan xəbərimiz yox idi, məzarı naməlum idi. Atam gedəndə iki yaşım olduğu üçün heç nə xatırlamıram. Sevinirəm ki, 30 il sonra atamıza qovuşduq. Artıq məzarı olacaq, ziyarət edə biləcəyik".
Nəzrin Vahid