İntensiv yağışlar səbəbindən Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsinə sel gəlməsi nəticəsində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələri və zirzəmiləri subasmaya məruz qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar FHN-in Muğan Regional Mərkəzinin qüvvələri su basmış ərazilərə cəlb olunublar.
Hazırda nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

Rəylər