"Qarabağda tarixi abidələr və müasir tikililər ahəngdar şəkildə birləşir".
Bunu "Report"a açıqlamasında britaniyalı səyyah Ceki Ellis məlumat verib.
"Qarabağa səfər çox xoşumuza gəldi. Biz qısa müddət ərzində tikilmiş heyrətamiz yeni tikililəri gördük, tikintinin keyfiyyətini və hər bir elementə diqqətlə yanaşmağı yüksək qiymətləndirdik. Bu yerlərin tarixini öyrənməkdən şad olduq. İngiltərədə Xudafərinə bənzər orta əsr körpüləri də var", - o bildirib.
Qeyd edək ki, "Piki Reels" səyyah klubunun təşkil etdiyi səfər çərçivəsində 12 ölkədən, o cümlədən ABŞ, Avstraliya, Belçika, Böyük Britaniya, İsrail və Niderlanddan bir qrup səyyah Qarabağ və Şərqi Zəngəzura gəlib.
Rəylər