Ötən gün redaksiyamıza "BakuBus" MMC-nin istismarında olan "Airport express" xətti üzrə hərəkət edən avtobusun sürücüsünün sükan arxasında mobil telefondan istifadə etməsi ilə bağlı videogörüntü daxil olmuşdu.
"BakuBus"ın mətbuat katibi Əsmər Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı dərhal araşdırma aparılıb və fakt təsdiqini tapıb.
"Daxili araşdırma nəticəsində sürücü Ramil Qurban oğlu Qurbanova, nizam-intizam qaydalarına uyğun olaraq, inzibati tənbeh verilib.
Sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək bizim əsas prioritetimizdir. Sürücülərimizin bütün təlimatlara əməl etməsi və məsuliyyətlə davranması üçün davamlı addımlar atılır və bu istiqamətdə nəzarət tədbirləri daha da gücləndirilməkdədir", - deyə açıqlamada vurğulanır.
Əzizə İsmayılova
Rəylər