Avqustun 3-də 2016-cı il təvəllüdlü şəxs yanıq xəsarəti ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, ona boynun, gövdənin ön səthinin, hər iki yuxarı ətrafların II və III dərəcəli termiki alov yanığı diaqnozları təyin edilib.
"Reanimasiya şöbəsində müalicəsi davam etdirilən uşağın vəziyyəti hazırda stabil ağır olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd edilib.
Sumqayıtda 8 yaşlı qız faciəli şəkildə ölüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 2016-cı il təvəllüdlü Sevil Allahverdiyeva yaşadığı evin həyətində oynayarkən ipi yandırıb. Nəticədə yanan ipdən uşağa od düşüb. Valideynləri tərəfindən söndürülərək təcili xəstəxanaya çatdırılan azyaşlı aldığı yanıq xəsarətlərindən orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər