Sumqayıtda sahibsiz itə işgəncə verdiyi iddia edilən şəxsin kimliyi məlum olub.
Bildirilib ki, həmin şəxs 5 saylı Mənzil Kommunal Sahəsinin əməkdaşı Yavər Hüseynovdur. Sözügedən şəxs isə itə işgəncə vermədiyini, sakinin şikayəti əsasında binanın dəhlizinə baxmağa getdiyini bildirib:
"Gördüm ki, itin ayağı zədəlidir. İpi boğazına bağlayıb oradan dartıb çıxardım. Sürüyüb zibilxanaya apardım. Bu zaman ətrafdakılar üstümə düşdülər ki, iti boğursan".
Ətraflı Baku TV-nin süjetində:
Sumqayıtda sahibsiz itə işgəncə verdiyi iddia edilən şəxs DANIŞDI
Sumqayıt şəhərində küçə itinə qarşı qeyri-insanı rəftar edən şəxsin kimliyi artıq polis əməkdaşları tərəfindən müəyyən edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, onun barəsində müvafiq araşdırmalar aparılır.
Sumqayıt şəhərində sahibsiz itin boğazına ip bağlayıb sürüyən şəxs görüntülənib.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Vətəndaş iddia edir ki, Sumqayıt şəhər təmizlik idarəsinin işçiləri sahibsiz küçə itlərini zəhərləyərək öldürürlər.
Bəzi zəhərlənmiş itlər isə hələ ölməmiş boyunlarına ip bağlanılır və sürüyərək gətirilib zibil qutularının yanına atılır.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis heyvanlarla rəhmsiz rəftarla bağlı araşdırma aparır. Tədbirlərin nəticəsi barədə məlumat veriləcək.
Həmin görüntüləri təqdim edirik:
Əzizə İsmayılova