Türkiyədən Azərbaycana gətirilən bioloji aktiv qida məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində "Buğur" MMC-nin Türkiyə Respublikasından idxal etdiyi "Evren İlaç Kozmetik San. ve Tic. LTD" şirkətinə məxsus "Leopard, kapsul №10" əmtəə nişanlı bioloji aktiv qida məhsulu (BAQM) partiyasından (13.02.2024-13.02.2027 istehsal və son istifadə tarixli) agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Laborator müayinələr nəticəsində nümunələrdə uyğunsuzluq - "Tadalafil və Sildenafil" aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi üçün Türkiyə Respublikasının aidiyyəti dövlət qurumuna rəsmi məktub göndərilib.
Rəylər