Sabah Azərbaycandan növbəti qrup Ümrə ziyarətinə yola düşür.
Bu barədə Yenisabah.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, qrupa 32 nəfər zəvvar daxildir.
Zəvvarların martın 26-da geri dönmələri nəzərdə tutulur.
QMİ-dən bildirilib ki, Ümrə ziyarəti üçün əvvəl tələb edilən COVID-19 PCR testi artıq tələb edilmir, lakin COVID-19 pasportu ilə bağlı tələb qüvvədə qalır.
Rəylər