"Səudiyyə Ərəbistanına ikinci dəfə ümrə ziyarətinə gedən zəvvarların 530 dollar əlavə vəsait ödəməsi dövlət tərəfindən rəsmiləşdirilib".
Oxu.Az xəbər verir ki, bunu Report-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin İşlər müdiri, zəvvarların qrup rəhbəri Həmdulla Babayev deyib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı bu barədə onlara rəsmi məlumat verib: "Yalnız ümrə ziyarətinə ikinci dəfə gedənlər əlavə vəsait ödəyəcəklər. Bu qayda Həcc ziyarətinə gedənlərə şamil olunmur".
H.Babayev bildirib ki, hazırda ümrə ziyarəti üçün müraciətlər var və sənəd qəbulu aparılır: "25 nəfərlik qrup düzəldikdən sonra bu ilin ilk ümrə ziyarətçiləri yola salınacaq. Zəvvarlar ümrə üçün bu il 1500-2500 ABŞ dolları ödəyəcəklər. Ötən il bu məbləğ 1200-2300 dollara bərabər idi".
A.M.
Rəylər