İyul ayının 29-da Quba-Xınalıq yolunun 42-ci km-də güclü seldən sonra dağılan körpü hələ də bərpa edilməyib.
Bizim.media xəbər verir ki, uçan körpünün o tayında qalan 6 kəndin sakinləri və bu istiqamətə gedən sakinlər, eləcə də turistlər yaranmış vəziyyətdən çox əziyyət çəkirlər.
Nəqliyyat vasitələrinə təklif olunan alternativ Quba-Susay-Xınalıq yolu ilə hərəkət sürücülərə uzaq olduğundan o yolla gediş-gəlişə üstünlük verilmir. Əlik, Haput, Cek kəndinin sakinləri yolu qısaltmaq üçün Əlik kəndinin girişindən UAZ, "Niva" və digər nəqliyyat vasitələri ilə çaydan keçirlər. Çayda su artanda isə bu, mümkünsüz olur.
Dağ kəndlərinin əhalisi körpünün yenidən qurulmasını səbirsizliklə gözləyir. Rayonun rəsmi idarələri isə müraciət etdiyi aidiyyəti qurumların işə başlamasını gözləyir.
Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Tariyel İbrahimov bildirib ki, yaxın günlərdə körpünün yenidən tikilməsinə başlanılacağı gözlənilir.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rəylər