Ötən gün axşam saatlarında intihara cəhd hadisəsi olub. Belə ki, bir nəfər vətəndaş Abşeron rayonu, Xırdalan şəhəri ərazisində binanın damına çıxaraq intihara cəhd edib.
Oxu.Az xəbər verir ki, bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat veriblər.
Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1991-ci il təvəllüdlü Sakit Arzu oğlu Cəlilov beşmərtəbəli binanın damına çıxıb və özünə bədən xəsarətləri yetirərək intihara cəhd edir.
Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Xilasedicilər tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində S.Cəlilov xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Rəylər