Xudat şəhərində yaşayış binasında partlayış baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, Xudat şəhərinin mərkəzində konserv zavoduna məxsus 16 mənzilli, ikimərtəbəli yaşayış binasında, Mais Mahmudova məxsus evdə partlayışla müşayiət olunan yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Hadisənin səbəbləri araşdırılır.