Yüksəkgərginlikli elektrik xətlərinin altında yerləşən evlərin sənədləşdirilməsi asanlaşa bilər.
Xezerxeber.az-ın məlumatına görə, artıq bir müddətdir ki, yüksəkgərginlikli hava xətləri yeraltı kabellərlə əvəzlənir. Hazırda hava limanı, Zığ şosesi və 8 Noyabr prospektindəki beş yerdə bu işlər icra olunur.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, görülən bu işlər sayəsində sözügedən ərazilərdə tikilmiş çoxsaylı evlər üçün çıxarış problemi də öz həllini tapmış olacaq.
Qeyd edək ki, yüksəkgərginlikli hava xətlərinin yeraltı kabellərlə əvəzlənməsi digər ərazilərdə də planlaşdırılır.
Ətraflı süjetdə:
Yüksəkgərginlikli elektrik xətlərinin altında yerləşən evlərin sənədləşdirilməsi asanlaşa bilər.
Rəylər