"Gənclik Mall" ticarət mərkəzində yerləşən "CineMastercard" premium kinoteatrında "Yaramaz Mən 4" cizgi filminin nümayişi ilə uşaq bayramı keçirilib. Tədbirə Qarabağ müharibəsi əlillərinin uşaqları, kimsəsiz uşaqlar və leykoz xəstələri dəvət olunublar.
"CineMastercard" komandası maraqlı əyləncə proqramı hazırlayıb. Kloun Aquşa və böyük Minyon kuklası gənc qonaqlara unudulmaz sevinc bəxş edərək onlara parlaq və yaddaqalan emosiyalar yaşadıblar. Uşaqlar üçün müxtəlif oyunlar və müsabiqələr təşkil olunub. Xüsusi təchiz olunmuş fotozona kloun və sevimli cizgi filminin qəhrəmanı ilə xatirə şəkilləri çəkməyə imkan verib.
Bundan əlavə, uşaqlara popkorn və təravətləndirici içkilər kimi dadlı təamlar təqdim edilib. Bayram ab-havası, musiqi və şən animatorlar uşaqları sevindiriblər.
Əyləncə proqramından sonra gənc tamaşaçılar "Illumination" və "Universal Pictures" studiyaları tərəfindən çəkilən, ABŞ istehsalı olan "Yaramaz mən 4" animasiya komediyasını izləyiblər. Filmin rejissoru Kris Reno, səsləndirənlər isə Stiv Karell, Kristen Uiq, Pyer Koffen, Miranda Kosqrouv və Stiv Kuqandır.
Cizgi filminin süjeti keçmiş supercani "Qryu"nun və ailəsinin - həyat yoldaşı "Lüsi" və üç övladlığa götürülmüş qızı - "Marqo", "Edit" və "Aqnes"in hekayəsinin davamıdır. Yaramazlıqdan əl çəkən "Qryu" Antişər Liqasının sadiq agentinə çevrilib və yeni rolunda onu yeni macəralar və yeni rəqiblər (onların arasında hətta öz əkiz qardaşı da ola bilər) gözləyir.
"Yaramaz mən 4" cizgi filmini "CineMastercard" kinoteatrlar şəbəkəsində rus, ingilis və türk dillərində, həmçinin ən son texnologiyalardan olan 4DX və "ScreenX" ilə izləmək olar.
"Gənclik Mall" ticarət mərkəzində yerləşən "CineMastercard" premium kinoteatrında "Yaramaz Mən 4" cizgi filminin nümayişi ilə uşaq bayramı keçirilib. Tədbirə Qarabağ müharibəsi əlillərinin uşaqları, kimsəsiz uşaqlar və leykoz xəstələri dəvət olunublar.
Rəylər