"PAŞA Holding" və "Bravo" supermarket şəbəkəsi 44 günlük Vətən Müharibəsində, eləcə də antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanların 18 yaşadək olan övladları üçün sosial dəstək proqramı həyata keçirib.
Proqram çərçivəsində sözügedən şagirdlərə yeni dərs ilinin gəlməsi münasibəti ilə məktəbli ləvazimatları təqdim edib. Belə ki, ümumilikdə layihə çərçivəsində 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra, sentyabr təxribatları zamanı və antiterror əməliyyatları zamanı şəhid olan şəxslərin məktəbli övladları (1740 nəfərə yaxın) dərs ləvazimatları ilə təmin ediliblər.
Xatırladaq ki, cari proqram artıq ikinci ildir ki, həyata keçirilir. 2024-cü ildən etibarən bu proqrama antiterror əməliyyatları zamanı şəhid olan şəxslərin övladları da əlavə olunub.
Rəylər