"YouTube" şirkətinin həmtəsisçisi Steve Chen Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitinə qatılacaq. Bundan əlavə, tədbirdə "Genai Works" şirkətinin yaradıcısı Steve Nouri, "Nvidia" şirkətinin biznes inkişafı üzrə rəhbəri Anton Dzhorayev, "Nestle" şirkətinin innovasiya üzrə rəhbəri Gaelle Bou Abdo, "Vodafone" şirkətinin region üzrə rəhbəri Johannes Hummes, "Amazon" şirtkətinin vitse-prezidenti Werner Vogels, "Avito" şirkətinin keçmiş baş marketing direktoru Maxim Kan, eləcə də "Paradox Strategies" və "InnovationForce" şirkətlərinin qurucusu, Harvard Biznes Məktəbinin professoru Linda Hill kimi spikerlar da iştirak edəcəklər.
Onlarla yanaşı, ölkəmizdən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, "PAŞA Holding"in baş icraçı direktoru Cəlal Qasımov və ekosistem üzrə baş icraçı dirertor Fərid Məmmədov, "Kapital Bank"ın baş icraçı direktoru Fərid Hüseynov, "PAŞA Bank"in İdarə heyəti sədrinin müavini Bəhruz Nağıyev, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva və"4SİM" şirkətinin icraçı direktoru Fariz Cəfərov çıxış edəcəklər.
Qeyd edək ki, "INMerge" İnnovasiya Sammiti Bakıda 10-11 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək.
Əlavə məlumat və biletlərin əldə edilməsi üçün www.inmerge.az saytına daxil olun.
Rəylər