ABŞ Yaxın Şərqdəki əsas müttəfiqinin müdafiəsini gücləndirmək üçün İsrailə qabaqcıl THAAD raketdən müdafiə sistemini və qoşunlarını göndərəcək.
Oxu.Az rbc.ru-ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder məlumat verib.
"Prezident Co Baydenin göstərişi ilə müdafiə naziri Lloyd Ostin aprelin 13 və oktyabrın 1-də İranın misli görünməmiş hücumlarından sonra İsrailin hava hücumundan müdafiəsini gücləndirmək üçün oraya uzun mənzilli raketdən müdafiə (THAAD) batareyası və ABŞ hərbçilərindən ibarət ekipaj göndərilməsinə icazə verib", - deyə o bildirib.