ABŞ Prezidenti Co Bayden İsrailin İrana endirdiyi zərbə ilə bağlı məlumatlandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "CBS" Ağ Evin əməkdaşına istinadən məlumat yayıb.
Qeyd olunur ki, Bayden hadisələri diqqətlə izləyir.
"Reuters" isə ABŞ-nin vitse-prezidenti Kamala Harrisin də hücumlar barədə məlumatlandırıldığını və hadisələrin inkişafını izlədiyini yazıb.
"İsrail İrandakı hərbi obyektlərə özünümüdafiə məqsədilə və Tehranın 1 oktyabr hücumuna cavab olaraq zərbə endirir".
Oxu.Az "CNN" telekanalına istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) nümayəndəsi Şon Sevett deyib.
"Belə başa düşürük ki, İsrail oktyabrın 1-də İranın İsrailə ballistik raket hücumuna cavab olaraq və müdafiə məqsədi ilə İrandakı hərbi hədəflərə məqsədyönlü zərbələr endirir", - Sevett bildirib.
"The New York Times"ın amerikalı məmura istinadən verdiyi məlumata görə isə, İsrail son günlər İrana cavab olaraq vurmağı planlaşdırdığı hədəflərin ölçüsü və növü ilə bağlı ABŞ ilə məsləhətləşmələr aparıb. Qeyd olunur ki, məsləhətləşmələr Pentaqon və Ağ Ev xətti üzrə aparılıb.
ABŞ İsrailin İrana qarşı hərbi əməliyyatında iştirak etməyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" amerikalı məmura istinadən məlumat yayıb.
Qeyd edək ki, bir neçə saat öncə İsrail İranın hərbi obyektlərinə hava zərbələri endirib.
Rəylər