ABŞ Məxfi Xidmətinin əməkdaşları iyulda ölkənin keçmiş prezidenti Donald Trampa sui-qəsd zamanı yol verdikləri səhvlərə görə cəzalandırılıblar.
Oxu.Az bu barədə RBK-ya istinadən xəbər verir.
"Bu, Amerika Birləşmiş Ştatlarının Məxfi Xidməti tərəfindən uğursuzluq idi. 13 iyul uğursuzluqlarına görə məsuliyyəti öz üzərimizə götürməyimiz vacibdir", - deyə xidmətin direktoru səlahiyyətlərini icra edən Ronald Rou bildirib.
Qeyd edək ki, Trampa ilk sui-qəsd cəhdi iyulun 13-də onun Pensilvaniyada seçkiqabağı çıxışı zamanı baş verib. O, qulağından yaralanıb. Tədbir iştirakçılarından biri həlak olub, daha ikisi yaralanıb.
Rəylər