Avropa Komissiyası Tbilisinin siyasi kursunun dəyişdirilməsini tələb edərək, Gürcüstanla Aİ-yə qəbulla bağlı danışıqlara başlamaq tövsiyəsini verməkdən imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Brüsseldə dərc olunan namizəd ölkələrin Aİ yolunda tərəqqisinə dair illik hesabatında deyilir.
"Əgər Gürcüstan öz kursunu dəyişməsə, Avropa Komissiyası danışıqlara başlamaq tövsiyəsini nəzərdən keçirmək iqtidarında olmayacaq", - sənəddə bildirilir.
Avropa Komissiyasının tövsiyəsi namizəd ölkənin qəbulu ilə bağlı danışıqlara başlamaq üçün əsas addımdır.
Brüssel bildirib ki, namizəd statusu almasına baxmayaraq, Gürcüstan hakimiyyəti "Avropa yolu" üçün zəruri olan islahatları həyata keçirmək üçün "əsaslı siyasi iradə" nümayiş etdirməyib.
Rəylər