Almaniyada təşkil edilən futbol üzrə Avropa çempionatında sözügedən turnirin rekorduna imza atılıb.
Belə ki, Albaniya millisinin futbolçusu Nedim Bayrami qarşılaşma başlayandan 22 saniyə sonra rəqib İtaliyanın qapısına yol tapa bilib.
Bununla da o, Avropa çempionatı tarixində ən erkən qola imza atmış rusiyalı Dmitri Kiriçenkonun rekordunu geridə qoyub.
Xatırladaq ki, rusiyalı futbolçu D. Kiriçenko 2004-cü il Avropa çempionatının qrup mərhələsində yunanlara qarşı oyununda (2:1) 67-ci saniyədə qol vurmağı bacarmışdı.
Qeyd edək ki, 25 yaşlı Nedim Bayrami İtaliyanın "Sassuolo" klubunda çıxış edir.
Mənbə: TASS