"Mpox" virusunun ("empoks", meymunçiçəyinin yeni adı) yeni variantı ilə yoluxmanın ilk halı Almaniyada qeydə alınıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Bild" məlumat verib.
Robert Kox İnstitutunun (RKI) məlumatına görə, söhbət "Clade 1b" ştamından gedir. Xəstə bu virusla xaricdə yoluxub. Buna baxmayaraq, Almaniyada hələ də yüksək risk olduğu güman edilmir, - deyə nəşr yazır.
Rəylər