Rusiya Federasiyasının Saxa (Yakutiya) Respublikasında hazırda 800 min hektar ərazini əhatə edən 100-ə yaxın təbii yanğın davam edir.
Oxu.Az "Mir24"ə istinadən xəbər verir ki, yanğının söndürülməsinə aviasiya cəlb olunub.
Rusiya Fövqəladə Hallar Nazirliyi 13 yanğın hadisəsini xüsusi nəzarətə götürüb. Alov yaşayış ərazilərinə yaxınlaşır. Xilasedicilər minerallaşdırılmış zolaqlar düzərək, yanğını söndürməyə çalışırlar.
"Be-200" təyyarələri və "Mi-8 "helikopterləri bir gün əvvəl yanğın ərazisinə ümumilikdə 200 tona yaxın su töküblər.
Alov Yakutiyanı cənginə aldı: Meşə yanğınları yaşayış ərazilərinə yaxınlaşır
Rəylər