Türkiyənin Ankara şəhərinin Kızılcahamam rayonunda başlayan və Bolu Geredəyə yayılan meşə yanğınları davam edir və nəzarət altına alınması mümkün olmayıb.
Bu barədə Oxu.Az "Sondakika.com"a istinadən xəbər verir.
Məlumata görə, yanğına havadan və qurudan müdaxilə edilir, iki yaşayış məntəqəsində 123 nəfər təxliyə edilib, 10 ev yanıb. Bundan əlavə, əraziyə 6 bölgədən dəstək qrupları göndərilib.
Xatırladaq ki, ötən gün Ankaranın Kızılcahamam rayonunun Şahinlər məhəlləsində günorta saatlarında naməlum səbəbdən otluq ərazidə yanğın baş verib. Ankara-Bolu sərhədində başlayan yanğın daha sonra Bolunun Gerede rayonundakı meşəlik əraziyə keçib.
Ankara valisi Vasip Şahin yanğının insan qaynaqlı olduğunu açıqlayıb.
"Lazımi araşdırmalar aparılır", - deyə o qeyd edib.
Türkiyənin Ankara şəhərinin Kızılcahamam rayonunda başlayan və Bolu Geredəyə yayılan meşə yanğınları davam edir və nəzarət altına alınması mümkün olmayıb.
Rəylər