ABŞ Prezidenti Cozef Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Bu barədə Türkiyə liderinin administrasiyası xəbər yayıb.
Məlumata görə, Bayden Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
Söhbət zamanı qlobal problemlər müzakirə edilib. Dövlət başçıları ABŞ və Türkiyə arasında münasibətlərin hərtərəfli inkişafı ilə bağlı razılığa gəliblər.
15:36
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Co Baydenlə telefon danışığı baş tutacaq.
Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın məlumat verib.
“Prezidentimizin bu axşam Baydenlə telefon danışığı olacaq. Təkcə Baydenlə deyil, Fransa, İspaniya və bir çox başqa ölkələrin liderləri ilə də telefon danışıqları keçiriləcək”, - deyə İbrahim Kalın qeyd edib.
Qeyd edək ki, Bayden “Twitter” hesabındakı paylaşımda Ərdoğanı yenidən seçilməsi münasibətilə təbrik edib və NATO müttəfiqləri olaraq qlobal məsələlərdə birgə işləmək barədə niyyətini bildirib.
Mənbə: Haber Global
Rəylər