"Belçika hakimiyyəti 2028-ci ilə qədər Ukraynaya 30 ədəd "F-16" qırıcı təyyarəsi təhvil verəcək. İlk qırıcıların 2024-cü ildə tədarük olunması nəzərdə tutulub".
Bu barədə Krallığın Xarici İşlər Nazirliyinin rəhbəri Adja Lyabib "Bel RTL" radiostansiyasının efirində bildirib.
"Belçika Ukraynaya 30 ədəd "F-16"nın tədarükünü öz öhdəsinə götürəcək, ilk təyyarələr bu ilin sonuna qədər təhvil verilməlidir", - deyə Lyabib qeyd edib.