Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Beyonse və Rihannanın prodüseri təcavüzdə ittiham olunur
"The-Dream" kimi tanınan bəstəkar və prodüser Terius Qestilde-Diamant həmkarına təcavüz etməkdə ittiham olunub.
Qestilde-Diamant mahnıları özü yazıb, lakin Beyonse, Rihanna və Britni Spirs kimi sənətçilərlə işləyərək daha böyük uğur qazanıb. İndi onu Çanni Monro səhnə adı ilə tanınan müğənni Çanaaz Manqro məhkəməyə verib.
Şikayətçi iddia edir ki, 2015-ci ildə Qestilde-Diamant onu alçaldıcı münasibətə sövq edib, aqressiv şəkildə yaxınlığa məcbur edib və onun hərəkətlərinə nəzarət etmək üçün təhlükəsizlik əməkdaşlarından istifadə edib. O, həmçinin cinsi əlaqəyə məcbur etməzdən əvvəl prodüser ona narkotik və alkoqol qəbul etdirib, daha sonra videoya çəkdiyini və paylaşmaqla hədələdiyini bildirib. Qadın əlavə edib ki, bu zaman Teriusun əlində silah olub.
Bəstəkar açıqlamasında qadının iddiasının həqiqətə uyğun olmadığını bildirib.
Mənbə: New York Times
"Təcavüz ittihamı" teqi üzrə xəbərlər
- Konor Makqreqor cinsi təcavüzdə təqsirli bilinib
- Yatızdırıb zorlayırmış: Kral ailəsində qalmaqal bütün Norveçi silkələdi
- Diddinin uşaq yağları ilə bağlı iyrənc məqsədi ifşa olundu
- Reper Ar Kellinin 8 yaşından təcavüz etdiyi qızı: "Atam yanıma gələndə özümü yatmışlığa vururdum"
- İlon Mask iş yerində cinsi təcavüzdə ittiham olunur