"Ermənistanın baş naziri Nikol Paşinyan proksi-müharibədə alətə çevrilib və erməni diasporu ilə əlaqələri məhv edir".
Bunu BMT-nin baş katibinin keçmiş müavini Benon Sevan deyib.
"Onlar ölkəni və erməni diasporunun Ermənistanla münasibətlərini məhv edirlər. Rusiyada Ermənistandan daha çox erməni yaşayır və işləyir. Onlar (respublika iqtisadiyyatına) çox mühüm maliyyə töhfəsi verirlər", - Sevan bildirib.
O əlavə edib ki, İrəvanın Moskvaya qarşı ittihamları qeyri-adekvatdır və Ermənistanın özünün siyasi kursuna uyğun gəlmir.
Mənbə: TASS