Fələstinin radikal HƏMAS hərəkatı ilə İsrail arasında ötən ilin oktyabrında başlayan qanlı toqquşmalar Qəzza sektorunda 115 körpənin həyatına son qoyub.
Oxu.Az-ın məlumatına görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin nümayəndəliyi məlumat verib.
Bildirilir ki, bu rəqəm münaqişənin başlanğıcından bəri qeydə alınıb.
Sənədə əsasən, körpələrin 48-i, yəni 42%-i ölüm anında cəmi biraylıq olub. Ümumilikdə isə həyatını itirən 115 uşağın hamısı 8 aylığa qədər olan körpələrdir.
Qəzza Səhiyyə Nazirliyinin avqustun 1-nə olan məlumatına görə, münaqişə başlayan tarixdən indiyədək şəxsiyyəti müəyyən edilmiş və sənədləşdirilmiş 32 300 ölü arasında 10 600 uşaq, o cümlədən bir yaşına qədər 663 körpə var.
Rəylər