Bosniya və Herseqovina Futbol Federasiyası ölkədəki daşqınlar səbəbindən bu həftəsonu ölkə çempionatının bütün oyunlarını təxirə salıb.
Oxu.Az bu barədə "Sport-Express" portalına istinadən xəbər verib.
Hələlik təxirə salınan oyunların nə zaman keçiriləcəyi barədə məlumat verilməyib.
Qeyd edək ki, Bosniya və Herseqovinanın cənubunda baş verən daşqınlar nəticəsində 14 nəfər həyatını itirib.
Rəylər