Bosniya və Herseqovinanın Sanski Most şəhərindəki orta məktəbdə atışma nəticəsində azı üç nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə klix.ba portalı məlumat yayıb.
Məlumata görə, ölənlər arasında məktəb direktoru və katibə də var. Portal yazır ki, hücum edən şəxs məktəbin əməkdaşlarından biridir. Onun həbsi barədə hələlik məlumat yoxdur.
Digər qeyri-rəsmi məlumata görə, hücumçu öz başına atəş açıb və ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Rəylər