Bosniya və Herseqovinada, dəniz səviyyəsindən iki min metrdən çox hündürlükdə yerləşən dağlarda Sutyeska Milli Parkı yanır.
Oxu.Az xəbər verir ki, bu barədə "MİR 24" məlumat yayıb.
Yanğın unikal relikt meşəni məhv edir. Aralarında Serbiyadan xilasedicilərin də olduğu yanğınsöndürmə briqadaları alovla mübarizə aparır. Onlar irəliləyən yanğını Foça və Qakko şəhərləri arasındakı əsas yola çatmazdan əvvəl kəsməyə çalışırlar. Hər iki qəsəbə Xorvatiyanın kurort şəhəri Dubrovnikə üz tutan turistlərlə doludur.
Qeyd olunur ki, Bosniya və Herseqovinada meşə yanğınlarının yayılmasına bu il başlayan həddindən artıq istilər səbəb olub. Yay boyu orta temperatur normadan təxminən yeddi dərəcə yüksək olub.
Rəylər