Böyük Britaniyada hakim Leyboristlər Partiyasından olan deputat Mayk Eymsberi seçici ilə mübahisə edib və daha sonra onu döyüb.
Bu barədə Oxu.Az "The Times" qəzetinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, insident deputatın yerli paba baş çəkməsindən sonra baş verib. O, bir seçici ilə söhbətə başlayıb, ancaq məsələ yanacaq və Çeşir körpüsünün təmirə bağlanmasına gələndə deputat özündən çıxıb.
Eymsberi həmsöhbətinə hücum edərək ona 6 zərbə endirib. Bundan sonra deputat bir daha heç vaxt onu hədələməməyi seçicidən tələb edib.
Münaqişə nəticəsində Eymsberi işindən uzaqlaşdırılıb. Deputatın sözlərinə görə, o, dostları ilə axşam gəzintisindən sonra küçədə özünü təhlükədə hiss edib.
Rəylər