Çexiya Prezidenti Petr Pavel motosiklet sürərkən xəsarət alıb və hazırda Praqada, Mərkəzi Hərbi Hospitalda müalicə olunur.
Bu barədə dövlət başçısının administrasiyası məlumat yayıb.
"Onun xəsarətləri ciddi deyil, lakin bu, qısamüddətli müşahidə tələb edir", - məlumatda deyilir.
Dövlət başçısının administrasiyası bir qədər sonra baş verənlərlə bağlı ictimaiyyətə daha ətraflı məlumat vermək niyyətindədir.
Bu il 63 yaşı tamam olacaq Pavel motoidman həvəskarıdır. O, boş vaxtlarında motosiklet sürməyi xoşlayır. Çex ordusunun istefada olan generalı Petr Pavel həkimlərin fikrincə, əla fiziki formadadır.
Çexiya Prezidenti Petr Pavel motosikl sürərkən xəsarət alıb və hazırda Praqada Mərkəzi Hərbi Hospitalında müalicə olunur.
Mənbə: TASS
Rəylər