Arxeoloqlar Çexiyada Avropanın ən uzun qədim kurqanını aşkar ediblər.
Uzunluğu təqribən 190 metr, eni 15 metr olan kurqan yolda aparılan təmir işləri zamanı aşkar edilib.
Qədim kurqanın yer üstü hissəsi, ehtimal ki, kənd təsərrüfatı işləri nəticəsində dağıdılıb. Alimlər komandası kurqanın girişini də aşkarlamağa nail olublar.
Arxeoloqlar iki əsas və 28 əlavə məzar aşkar ediblər. Onların yaşı ən azı 5 300 ildir. Dəfnlərin inventarları Çexiya və Polşadakı oxşar abidələrə uyğundur.
Mənbə: gazeta.ru