Əbdül Hakim Avala adlı 23 yaşlı Qana sakini (Qərbi Afrika ştatı) ağacla ən uzunmüddətli qucaqlaşma üzrə rekord qırıb.
Oxu.Az xəbər verir ki, bu barədə RBC Ginnesin Rekordlar Kitabının saytına istinadən məlumat yayıb.
Bildirilib ki, onun bu cəhdi 24 saat 21 dəqiqə davam edib və bu müddət rekord kimi təsdiq edilib. Gənc oğlana fasilə verməyə icazə verilməyib - o, bütün müddət ərzində əllərini ağacın ətrafına dolayaraq dayanmalı olub.
Əbdül Hakim Avala öz cəhdi ilə ölkəsində təbiətin qorunmasının vacibliyini vurğulamaq qərarına gəlib. O, rekordunun neçə dəqiqə davam edəcəyi qədər ağac əkəcəyinə söz verib - 1461 ağac. Ailəsinin doğulduğu Qaru şəhərində səhralaşmanın nəticələrinin şahidi olan gənc indi ümummilli ağacəkmə təşəbbüsü təşkil etməyə ümid edir.
Qeyd edək ki, daha əvvəlki rekord vaxt, 16 saat, bu ilin əvvəlində Uqandalı ətraf mühit fəalı Feyt Patrisiya Ariokot tərəfindən müəyyən edilib.
Rəylər