Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Macarıstana işgüzar səfəri çərçivəsində yerli "Hir" telekanalına müsahibə verib.
Oxu.Az-ın məlumatına görə, müsahibədə E.Əmirbəyov Azərbaycan həqiqətlərini Macarıstan ictimaiyyətinin diqqətinə çatdırıb.
Diplomat ölkəmizin enerji təhlükəsizliyi sahəsində Avropanın ən mühüm tərəfdaşlarından biri olduğunu vurğulayıb.
Bundan əlavə, o, Ermənistanla münasibətlərin tənzimlənməsi, sülh müqaviləsinin hazırlanması və imzalanması kontekstində Azərbaycanın mövqeyini ifadə edib.
Müsahibə zamanı, həmçinin, COP29 iqlim konfransının ölkəmizdə keçirilməsi mövzusuna toxunulub. Bildirilib ki, Azərbaycan ev sahibi tərəf kimi bu tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün əlindən gələni edir.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Macarıstana işgüzar səfəri çərçivəsində yerli "Hir" telekanalına müsahibə verib.
Rəylər