Albaniyanın paytaxtı Tiranada keçirilən gənclər arasında sərbəst güləş üzrə dünya çempionatında xoşagəlməz hadisə baş verib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində baş tutan qarşılaşmada erməni güləşçi Leva Gevorkyan türkiyəli rəqibi Hakan Büyükçinqili təxribata çəkib.
Nəticədə güləş əlbəyaxa davaya çevrilib.
Yalnız hakimlərin və məşqçilərin işə qarışmasından sonra tərəfləri bir-birindən ayırmaq mümkün olub. Hakimlər hər iki idmançını yarışdan kənarlaşdırıblar.
Rəylər