Paris-2024 Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Ukrayna bayrağını soydaşımız, güləşçi Pərviz Nəsibov daşıyacaq.
Oxu.Az "Sportarena"ya istinadən xəbər verir ki, Ukrayna millisinin bayrağını soydaşımızla yanaşı avarçəkmə üzrə medal qazanmış Lüdmila Luzan da daşıyacaq.
Xatırladaq ki, azərbaycanəsilli yunan-Roma güləşçisi Pərviz Nəsibov Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
Rəylər